XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2020 - 09:32

Tunisdə kütləvi qarşıdurma baş verib –Yaralananlar var

Tunisin mərkəzindəki Medenin və Kebili əyalətlərinin sərhədində baş vermiş kütləvi qarşıdurmalar zamanı azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə “Tunisie Numérique” portalı məlumat yayıb.

Odlu silahların da istifadə olunduğu qarşıdurmanın iştirakçıları qonşu Duz (Kebili əyaləti) və Beni Khedeş (Medenin əyaləti) bölgələrinin sakinləri olub. Qarşıdurma uzun müddətdir məhkəmə yolu ilə mübahisəsi gedən və iki bölgənin sərhədində olan Ain Sxuna turizm rayonu üstündə yaranıb.

İğtişaşlar nəticəsində bir neçə avtomobil yandırılıb, bir kafe dağıdılıb. Ağır xəsarətlər alan beş nəfər Medenin şəhər xəstəxanasına çatdırılıb.

Silahlı qarşıdurmaya son qoymaq üçün yerli rəhbərlik ordu birləşmələri ilə yanaşı hüquq-mühafizə qüvvələrindən də istifadə etmək məcburiyyətində qalıb.