XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 12:14

Gürcüstanda koronavirus:ötən sutkada 49 nəfər vəfat edib

Gürcüstanda son sutkada daha 1 337 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 498 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 191 063-ə çatıb. Yoluxanların 161 681-i sağalıb, 1 839-u isə ölüb.

Hazırda karantin rejimində 986, stasionar nəzarətdə 6 912 nəfər var. 2 886 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. (report)