XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 20:33

Gürcüstanda dövlət qulluqçularının əməkhaqları azaldılacaq

Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq. Bununla belə, 2021-ci ildə ölkədə pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O deyib ki, ölkənin 2021-ci il üçün dövlət büdcəsi əsasən iqtisadi böhran əleyhinə olacaq. Eyni zamanda, büdcədə vətəndaşlara və biznesə dəstək istiqamətləri nəzərdə tutulub.

Onun sözlərinə görə, təkcə İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb(azərtac).