XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 22:59

Mərkəz rəhbəri:"Gürcüstanda koronavirusdan ölüm halları artacaq"

Gürcüstanda növbəti iki həftə ərzində koronavirusdan ölüm halları artacaq.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, hazırda 400-dən çox koronavirus xəstəsi süni nəfəs aparatına qoşulub və onların vəziyyəti çox ağırdır.

Mərkəzin rəhbəri deyib ki, bu, gözlənilən idi: “Əgər ölkədə yoluxma halları gözlənilmədən həddən çox artırdısa bunun nəticəsində 2-3 həftədən sonra ölüm hallarının da artacağını gözləmək lazım idi”.

“Son sutka ərzində ölkədə 49 nəfər koronavirusdan ölüb və ölənlərin ümumi sayı 1839-a çatıb. Bu da Gürcüstan kimi ölkə üçün yüksək göstəricidir”, – deyə Qamkrelidze vurğulayıb.

Qeyd edək ki, son 24 saat ərzində Gürcüstanda cəmisi 6 554 nəfər test olunub, onların da 1337-də koronavirus təsdiqlənib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı bununla da 191 min 63-ə çatıb.