XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 23:59

Futbol tarixinin ən yaxşı “11-liy”i açıqlandı –FOTO

“France Football” nəşri futbol tarixində xəyalların komandasını açıqlayıb.

Ən yaxşı “11-lik”də hazırda karyerasını davam etdirən 2 oyunçunun adı daxil edilib. Bunlar İspaniya “Barselona”sının kapitanı Lionel Messi və İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldudur.

Rəmzi heyət 3-4-3 taktiki sxemi üzərində hazırlanıb.

Qapıçı: Lev Yaşin (Rusiya)

Müdafiəçilər: Kafu (Braziliya), Frants Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Lotar Matteus (Almaniya), Xavi Ernandes (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya)

Hücumçular: Lionel Messi (“Barselona”, İspaniya), Ronaldo (Braziliya), Kriştianu Ronaldu (“Yuventus”, İtaliya)

Qeyd edək ki, xəyalların komandasını “Qızıl top” mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib. (report)