XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 10:27

Moskvada koronavirus:qurbanların sayı 10 mini keçib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 022-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 698 084 insanda (son sutkada 5874 nəfər) koronavirus aşkar olunub, daha 534 552 nəfər isə müalicə olunaraq sağalıb.