XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 17:48

İranda koronavirus:son sutkada 232 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 232 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 52 670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 7 704 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 123 474 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 833 276 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5704 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)