XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 22:27

Türkiyənin 4 partiyası ABŞ-ın sanksiya qərarına etiraz etdi:"Bu məsələdə geri addım atılmayacaq"

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkilləri S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini pisləyən birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Türkiyə bu məsələdə geri addım atmayacaq.

“ABŞ administrasiyasının 14 dekabr 2020-ci il tarixində Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqini rədd edirik. Türkiyə milli təhlükəsizliyi ilə bağlı məsələdə təhdid və sanksiyalar qarşısında geri addım atacaq ölkə deyil. Milli mənafeyimizlə bağlı addım atarkən sadəcə əziz millətimizə hesabat veririk. ABŞ-ın atdığı bu yanlış addım müttəfiqlik ruhuna uyğun deyil. Sanksiyaların qarşılıqlı hörmət əsasında inkişaf etməli olan əlaqələrimizə heç bir faydası olmayacaq. Türkiyə xarici siyasətində sülh və sabitliyə töhfə vermək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkədir. Türkiyə NATO-nın etibarlı və vazkeçilməz müttəfiqləri arasında yer alır. Bu davranış NATO-nun müttəfiqlik ruhuna ziddir. Bu səbəblə ABŞ-ı bu vahiməli səhvdən tez bir zamanda dönməyə dəvət edirik”, – deyə bəyanatda qeyd olunub/APA.