XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 23:06

ÜST:"Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması çox təhlükəli deyil"

Böyük Britaniyada qeydə alınan koronavirusun mutasiya olunmuş forması insanlar üçün çox təhlükə yaratmır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro bildirib.

O qeyd edib ki, mutasiyaya uğramış virus təhlükəli olmasa da, onun daha yoluxucu olduğu görünür.

Xatırladaq ki, daha əvvəl Britaniyanın səhiyyə naziri Matt Hankok bildirib ki, britaniyalı alimlər ölkənin cənub-şərqində xəstəliyin sürətlə yayıldığını və bunun infeksiyanın mutasiyaya uğramış forması ilə əlaqədar olduğunu açıqlayıblar. Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, virusun bu variantı məlum olandan daha sürətli yayılır/APA.