XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

15 Dekabr 2020 - 21:36

ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi:“Moderna” peyvəndi təhlükəsizdir və 95% təsirlidir

ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi “Moderna”nın koronavirusa qarşı hazırladığı peyvəndin təsirli olduğunu təsdiqləyib.

BBC-nin verdiyi xəbərə görə, İdarənin hesabatında bildirib ki, “Moderna”nın peyvəndi təhlükəsizdir və 95% təsirlidir.

Bu isə İdarənin bu peyvəndi təsdiqləyəcəyini göstərir. Əgər “Moderna”nın peyvəndi təsdiqlənərsə, bu artıq təsdiqlənmiş və istifadəsinə rəsmi şəkildə icazə verilmiş ikinci peyvənd olacaq.

Qeyd edək ki, daha öncə “Pfizer”-“BionTech” peyvəndi təsdiqlənib. “Pfizer”-“BionTech”in peyvəndindən fərqli olaraq “Moderna”nın peyvəndi daşınma zamanı çox aşağı temperaturda saxlanmanı tələb etmir/APA.