XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 00:35

Ağ Evin mətbuat katibi:"Tramp peyvənd olunmağa tam hazırdır"

ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır.

Bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

O, qeyd edib ki, həkimlər nə vaxt lazım bilsə, Vaşinqton administrasiyasının başçısı peyvənd olunacaq.

“Hazırda prezident peyvənd olunmağa tam açıqdır. Amma o, bu yaxınlarda COVID-19 xəstəliyi keçirdi və onda anticisimlər var. Həkimlər komandası bunu etməyə qərar verən kimi, o, vaksini alacaq”, – Makineni deyib/Report.