XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2016 - 10:52

Ərdoğandan Rusiyaya barış mesajı:"Gözləyirik..."

erdo put

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional problemlərin həlli üçün Rusiya-Türkiyə əməkdaşlığının bərpasının vacıb olduğunu bildirib.

RİA Novosti" xəbər verir ki, Ərdoğan ABŞ-ın Brukinqsk İnstitutunda çıxışı zamanı ötən il noyabrın 24-dən sonra Rusiya ilə əlaqələrdə çətin dövr yaşadıqlarından təəssüfləndiyini bildirib: "SSRİ-nin süqutundan sonra Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edirdi. Lakin bu əlaqələr hələ təyyarə ilə bağlı insidentə qədər Rusiya rəhbərliyinin son illər yürütdüyü siyasətə görə pozulmağa başladı. Moskvanın kəskin reaksiyasını başa düşmək bizim üçün çətindir, ancaq regional problemlər bizim əməkdaşlığı bərpa etməyimizi vacib edir. Belə ki, Rusiya və Türkiyə bizim coğrafiyada vacib ölkələrdir. Biz gözləyirik ki, rusiyalı həmkarlarımız bunu başa düşəcək və qiymətləndirəcəklər".

O, həmçinin bildirib ki, Ukrayna böhranı bu ölkənin ərazi bütövlüyü saxlanılmaqla Minsk razılaşması əsasında həll edilməlidir(teleqraf.com).