XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 14:44

Almaniyada koronavirus:sutkalıq ölüm sayında rekord qeydə alındı

Almaniyada son sutka ərzində koronavirusdan ölüm hallarının sayı 952 vahid artıb. Bu, pandemiyanın başlanğıcından bəri maksimum göstəricidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Qeyd olunub ki, bununla da Almaniyada COVID-19 qurbanlarının ümumi sayı 23 427 nəfərə çatıb.

Ötən gün ərzində ölkədə 27 728 yeni yoluxma halı qeydə alınıb, pandemiya dövründə ölkənin 1 379 238 sakini koronavirusa yoluxub.

Çərşənbə axşamı İnstitutun rəhbəri Lotar Viler Almaniyanın hazırda pandemiyanın ən ciddi dövrünü yaşadığını söyləyib.

Dekabrın 16-dan etibarən ölkədə azı gələn il yanvarın 10-dək davam edəcək yeni karantin tədbirləri qüvvəyə minib.