XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 15:18

Ayətullah Xamnəi:“ABŞ-ı bölgədən qovmalıyıq”

“Daha sərt bir şillə absurd hegemonluq təkəbbürünü aradan qaldırmaq və ABŞ-ı bölgədən qovmaqdır”.

Strateq.az “Təsnim”-ə istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri şəhid Qasim Süleymaninin ailə üzvləri ilə görüş zamanı bildirib.

Ayətullah Xamnəi bu gün anım məqsədilə keçirilən görüşdə digər mesajlar da verib.

O, mərhum general Qasim Süleymanini “İran millətinin qəhrəmanı” adlndırıb. “Şəhid Süleymani İslam millətləri arasında müqavimət proqramını və mübarizə modelini populyarlaşdırdı”.

Ali Rəhbər Qərb ölkələri ilə aparılan diplomatik təmaslar və nüvə müqaviləsinin dirçəldilməsi mövzusuna da toxunub: “ABŞ-la bərabər, üç Avropa ölkəsi də həddindən artıq kin və ikiüzlülük nümayiş etdirdi”.

“Sanksiyaları qaldırmaq düşmənə, ancaq onları neytrallaşdırmaq bizə aiddir. Deməli, embarqonu qaldırmaqdansa, neytrallaşdırmağa daha çox diqqət yetirməliyik, – deyə o əlavə edib. – Əlbəttə, sanksiyaları ləğv etməyə çalışmamalı olduğumuzu demirik. Amma bu günə qədər sanksiyalar ləğv edilməyib, əksinə artırılıb”.

Ayətullah Xamnəi Qərblə danışıqlarda iştirak edən ölkə rəsmilərinə xəbərdarlıq edib: “Ölkənin vəzifəli şəxsləri millətin hədəflərinə sadiq qaldıqları müddətdə onları dəstəkləyəcəyəm”.