XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 18:19

İran-Əfqanıstan sərhədində silahlı toqquşma olub

İranın Sistan-Bəlucistan vilayətində narkotik qaçaqmalçıları ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri arasında silahlı qarşıdurma baş verib.

Bu barədə məlumatı SEPAH-ın generalı Qasım Həsənzadə verib.

O bildirib ki, qaçaqmalçılar qanunsuz yollarla Əfqanıstandan İrana külli miqdarda narkotik vasitə keçirməyə cəhd ediblər. Lakin bölgədə xidmət aparan əsgərlər bunun qarşısını almağa çalışıblar. Meydana çıxan silahlı toqquşmada SEPAH-ın bir hərbçisi həlak olub, bir nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Qaçaqmalçılar və onların İranda əməkdaşlıq etdikləri şəxslər müəyyənləşdirilir(azərtac).