XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 17:37

Həsən Ruhani:“Baydenin qalib gəlməsinə əsla sevinmirik”

 

“Biz Baydenin gəlişindən zövq almırıq, amma Trampın gedəcəyinə sevinirik”.

Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Kabinə üzvlərinin iştirakı ilə keçən iclasda o deyib: “Bəziləri deyir ki, guya Baydenin seçkidə qalib gəlməsindən zövq alırıq. Əslində, Baydenin iqtidara gəlməsindən məmnun deyilik, amma Trampın hakimiyyətdən getməsinə sevinirik. O, terrorist və qatildir, hətta koronavirus əleyhinə peyvənd almağımızı qadağan edən, əxlaq və insani prinsiplərdən məhrum biri idi”.

Həsən Ruhani əlavə edib: ” Növbəti ABŞ administrasiyası üçün yol açıqdır; ABŞ hökuməti doğru yolu getsə, müzakirəyə hazırıq, yox, səhv yolu getmək istəsə, qapımız bağlıdır. İnşallah Amerika xalqı qanunu pozan deyil, qanunun aliliyinə riayət edən yeni ABŞ rəhbərliyinə səs verib”.

Çıxışının sonunda Ruhani bildirib: “Yeni administrasiyanın Amerika xalqının iradəsinin yerinə yetiriləcəyinə ümid edirik. Dünyada təhlükəsizlik, sabitlik, sülh və əməkdaşlıq yolunu seçmək istəyən bütün ölkələrlə konstruktiv qarşılıqlı əlaqə istəyirik.