XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 20:20

“Tesla”nın sahibi koronavirus pandemiyası dövründə sərvətini 6 dəfə artırıb

Koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 18 Mart – 7 dekabr tarixləri arasında ABŞ-ın 651 milyarderinin sərvəti 1,064 trilyon ABŞ dolları və yaxud 36,1 % artaraq 4,011 trilyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sözügedən dövrdə ABŞ-ın ən zəngin insanı, “Amazon” şirkətinin sahibi Cef Bezosun sərvəti 71,4 milyard ABŞ dolları və yaxud 63,2 % artaraq 184,4 milyard ABŞ dollarına çatıb. Növbəti pillədə qərarlaşmış “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk isə sərvətini 118,5 milyard ABŞ dolları və yaxud 5,8 dəfə artıraraq 143,1 milyard ABŞ dollarına, “Microsoft” şirkətinin sahibi Bil Qeyts isə sərvətini 20,7 milyard ABŞ dolları və yaxud 21,1 % artıraraq 118,7 milyard ABŞ dollarına çatdırıb.

Beləliklə, ilk 10-luğa daxil olan zənginlərin pandemiya dövründəki sərvəti aşağıdakı kimi dəyişib:

Milyarderin adı Milyarderin sərvəti (ABŞ dolları ilə, 18 mart) Milyarderin sərvəti (ABŞ dolları ilə, 7 dekabr) Milyarderin sərvətinin dəyişməsi (ABŞ dolları ilə) Milyarderin sərvətinin dəyişməsi Milyarderin

şirkət(lər)i

Jeff Bezos 113,0 184,4 71,4 63,2% Amazon
Elon Musk 24,6 143,1 118,5 5,8 dəfə Tesla, SpaceX
Bill Gates 98,0 118,7 20,7 21,1% Microsoft
Mark Zuckerberg 54,7 104,8 50,1 91,7% Facebook
Warren Buffett 67,5 86,5 19,0 28,1% Berkshire Hathaway
Larry Ellison 59,0 82,0 23,0 38,9%; Oracle
Larry Page 50,9 79,8 28,9 56,9% Google
Sergey Brin 49,1 77,6 28,5 58,0% Google
Steve Ballmer 52,7 72,9 20,2 38,4% Microsoft
Alice Walton 54,4 69,0 14,6 26,8% Walmart

“Americans for Tax Fairness” vətəndaş cəmiyyətinin direktoru Frank Klemente bildirib ki, yerli milyarderlər ölkədəki hər kəsə 3 min dollar versələr belə, yenə də pandemiyadan əvvəlkindən daha zəngin olacaqlar.

Qeyd edək ki, bu şəxslərin sürətlə zənginləşməsinə beynəlxalq bazarlarda onların şirkətlərinin səhmlərinin qiymətinin sürətlə artması səbəb olub. Belə ki, 18 Mart – 7 dekabr-da “Tesla”nın səhmləri 8,9 dəfə, “Facebook”un səhmləri 94,5 %, “Amazon”un səhmləri 72,5 %, “Microsoft”un səhmləri isə 52,8 % bahalaşıb.

Eyni dövrdə ABŞ-ın beynəlxalq birjalarından “Nasdaq”ın dəyəri 80 %, “S&P 500”ün dəyəri isə 54 % artıb.