XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 23:33

Səudiyyə Ərəbistanının 2021-ci ildə neft gəlirləri ilə bağlı proqnoz açıqlanıb

“Əl Rajhi Kapital” korporasiyası Səudiyyə Ərəbistanının 2021-ci ildə neft ixracı və gəlirləri ilə bağlı proqnozunu açıqlayıb.

Dünyanın ən böyük xam neft ixracatçısı olan Krallığın gələn il bu sahədən gəlirinin 120 milyard dollar (450 milyard Səudiyyə rialı) olacağı bildirilir. Təxminən bir barrel üçün 48 dollardan götürülən bu rəqəm neftin dünya bazarında qiymətindən asılı olaraq dəyişə bilər.

Korporasiyanın məlumatında qeyd olunub ki, Krallıqda gündəlik 9,3 milyon barrel xam neft hasilatı nəzərdə tutulur, bunun 6,5 milyon barreli qlobal bazara çıxarılacaq. COVID-19 pandemiyası ilə əlaqədar neftin qiymətlərinin düşməsindən sonra müşahidə olunan bərpa prosesinin davam etməsi Səudiyyə Ərəbistanında yeni yataqlara və obyektlərə qoyulacaq sərmayələri də artırıb. Belə ki, ilin sonunda yeni investisiya layihələrinin təqdimatı nəzərdə tutulur.

Bundan başqa, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz yeni il üçün dövlət büdcəsini də təsdiq edib. 2021-ci ildə Krallığın büdcəsi 264 milyard dollar olacaq(azərtac).