XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 09:49

Ukraynada COVID-19:vaksinlənmə prosesi fevralda başlaya bilər

Ukrayna COVID-19 əleyhinə vaksinləməni gözləniləndən əvvəl başlaya bilər. Ölkənin Səhiyyə Nazirliyi ilkin vaksinləmənin 2021-ci ilin fevralında başlanacağına ümid edir.

Bu barədə brifinqdə nazir Maksim Stepanov bəyan edib.

O bildirib ki, ilkin hesablamalara görə, Ukrayna vaksinlərin ilk partiyasını 2021-ci ilin birinci yarısının birinci rübünün sonunda və ya ikinci rübünün əvvəlində almalıdır.

“COVAX fondunun təşəbbüsü ilə yerinə yetiriləcək vaksinləmə prosesi artıq təsdiqlənib. Bununla bağlı biz vaksinin istehsalçıları ilə danışıqlar aparırıq… Biz ilkin vaksinləməyə ən azı fevralın əvvəlində başlaya bilməmiz üçün vaksinlərin Ukraynaya mümkün qədər tez çatdırılmasına çalışırıq”, – deyə M. Stepanov əlavə edib(azərtac).