XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 18:17

ÜST:"Dünyada koronavirusa yoluxanların sayı 585 mindən çox artıb"

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 585 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 585 455 nəfər yeni koronavirusa yoluxub, 11 463 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 72 196 732, ölənlərin isə 1 630 521 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.