XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 18:39

Doha Asiya Oyunlarına ev sahibliyi edəcək- 2030-cu ildə

Qətərin paytaxtı Doha 2030-cu il Asiya Oyunlarına ev sahibliyi edəcək.

Dekabrın 16-da Asiya Olimpiya Şurası bununla bağlı qərarını açıqlayıb. Oyunların keçirilməsinə digər namizəd – Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad isə 2034-cü ildə Asiya Oyunlarını qəbul edəcək.

Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsi Dohanın namizədliyini yekdilliklə dəstəkləyib. Şuranın prezidenti Şeyx Əhməd Əl-Fəhad Əl-Sabah bəyan edib ki, Qətər Dövlətinin paytaxtı Oyunların keçirilməsi üçün bütün tələblərə cavab verir.

İcraiyyə Komitəsinin iclasında səsvermə COVID-19 pandemiyası səbəbindən onlayn sistemi ilə keçirilib. Qeyd edək ki, Doha bundan əvvəl – 2006-cı ildə də Asiya Oyunlarına ev sahibliyi edib. Qətər paytaxtında idman infrastrukturunun 90 faizinin mötəbər idman yarışları üçün hazır olduğu bildirilir(azərtac).