XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 10:19

Co Bayden:"Oğlum heç bir vergi cinayəti törətməyib"

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden əmindir ki, onun oğlu Xanter Bayden heç bir vergi cinayəti törətməyib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

“Mən buna əminəm”, – deyə Bayden jurnalistin onun oğlunun vergi pozuntusuna yol verməməsi barədə sualına cavabında deyib.

Daha əvvəl Xanter Bayden bildirib ki, onun barəsində Delaver ştatında araşdırma başlanıb. Xanter Baydenin sözlərinə görə, onun tərəfindən ödənmiş vergilərlə bağlı araşdırma aparılır. Dövlət orqanının əməkdaşları isə vergi pozuntularına dair əsaslı şübhələrin olduğunu iddia edirlər/Report.