XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 17:35

Xarkovun meri ölüb –Koronavirusdan

Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernesin koronavirus yaratdığı fəsadlardan dünyasını dəyişib.

Bunu onun dostu Pavel Fuks teleqramda yazıb.

“Bu gecə mənim ən yaxın dostum Gennadi Kernesin ürəyi dayanıb”, – o bildirib.

P.Fuksin sözlərinə görə, koronavirus infeksiyası G.Kernesin orqanizminin həyati orqanlarının işində ciddi fəsadlar yaratmışdı.

Qeyd edək ki, sentyabrda G.Kernes ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Oktyabrda onun COVID-19 testi neqativ çıxıb. Ancaq onun sağlamlığı bərpa olunmayıb/Report.