XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 13:14

Putinin illik böyük mətbuat konfransı başlayıb –774 jurnalist akkreditasiyadan keçib

Moskvada Rusiya prezidenti Vladimir Putinin sayca 16-cı illik böyük mətbuat konfransı başlayıb.

Bu il Rusiya liderinin illik geniş mətbuat konfransı COVID-19 pandemiyası səbəbindən yeni formatda keçirilir.

Belə ki, jurnalistlərin bir qismi Rusiya prezidenti ilə onun Moskva ətrafındakı Novo-Oqaryovoda yerləşən iqamətgahında eyni salonda olmaqla mətbuat konfransında iştirak edir. Digər qisim media mənsubu isə Beynəlxaql Ticarət Mərkəzində olacaq və videoəlaqə yolu ilə Putinə suallar verəcək.

Ümumilikdə illik mətbuat konfransında iştirak etmək üçün 774 jurnalist, o cümlədən “Report” İnformasiya Agentliyinin müxbiri də akkreditasiyadan keçib.

Qeyd edək ki, Putinin illik mətbuat konfransları arasında ən qısa müddət – 1 saat 35 dəqiqə davam edəni 2001-ci ildə, ən uzun müddət – 4 saat 40 dəqiqə davam edəni isə 2008-ci ildə baş tutub/Report.