XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 21:45

NATO-nun gələn il üçün büdcəsi razılaşdırılıb –Detallar

NATO-nun 2021-ci ildəki mülki bölmələrinin büdcəsi 258,9 milyon avro, hərbi bölmələrinin isə 1,61 milyard avro olacaq.

Bu gün təşkilatın verdiyi açıqlamasına görə, bu barədə Şimali Atlantika Şurasının iclasında üzv ölkələr arasında razılaşma əldə edilib.

Bu ilə nisbətən 5 faiz artırılmış hərbi büdcənin 254,9 milyon avrosu Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyası, İraqdakı təlim missiyası, Kosovodakı sülhməramlı missiya, habelə başqa missiya və əməliyyatlara sərf olunacaq/Report.