XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 21:58

Gürcüstan beynəlxaq uçuşlara məhdudiyyətlərin müddətini yenidən uzadıb –Bu tarixədək

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlər 2021-ci ilin yanvarın 31-dək qüvvədə olacaq.

Bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Məlumata əsasən, qərar Tbilisidən Münhen, Paris, Riqa, Doha, Varşava, Afina, Amsterdam, Vyana, Berlin və Milan şəhərlərinə yerinə yetirilən birbaşa və Kutaisi hava limanından həyata keçirilən uçuşlara aid edilmir.

Qeyd edək ki, bundan öncə məhdudiyyətlərin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılmışdı. Gələn ilin fevral ayından etibarən qonşu ölkədə beynəlxalq uçuşlara tətbiq olunan məhdudiyyətlərin aradan götürüləcəyi gözlənilir/Report.