XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 14:56

Putin:"Navalnı ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə edir"

Rusiya Prezidenti Vladimir Putin müxalif Aleksey Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini bildirib.

Bu barədə bu gün keçirilən illik mətbuat konfransında V. Putin Navalnını kimin zəhərləməsi ilə bağlı suala cavabında deyib.

O, Berlində xəstəxanada müalicə alan A. Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini vurğulayıb: “Lakin bu o demək deyil ki, onu zəhərləmək lazımdır. Əgər onu zəhərləmək istəsəydilər, zəhərləyərdilər. Kimə lazımdır o?!”.

Putin Navalnı barədə təhqiqatları ABŞ xüsusi xidmət orqanlarının materiallarının leqallaşdırılması adlandırıb/APA.