XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 09:00

Boris Conson:“AB ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır”

“Brüssel, ilk növbədə balıqçılıq sahəsindəki mövqeyini kökündən dəyişdirməlidir, əks təqdirdə Böyük Britaniya ilə Avropa Birliyi (AB) arasında gələcək münasibətlər və sərbəst ticarət formatı barədə heç bir razılaşma olmayacaq”. 

TASS xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir əlavə edib ki, çox az vaxt qalıb və hazırda AB-nin mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirməyincə razılığın əldə olunmayacağı ehtimalı çox yüksək görünür: “AB ilə mövqelərimizin yaxınlaşmasına baxmayaraq, fikir ayrılıqları qalmaqdadır”.

Qeyd edək ki, Brexit-dən sonrakı keçid dövrü dekabrın 31-də bitir, lakin Böyük Britaniya ilə AB arasında hələ də ticarət razılaşması yoxdur. (apa)