Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 861 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 152253 nəfərə çatıb.
Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2 596 nəfərdir. (apa)