XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 14:23

Almaniyada yeni yoluxma rekordu qeydə alındı –Robert Kox İnstitutu

Almaniyada ötən 24 saat ərzində koronavirusa 33 777 nəfər yoluxub ki, bu da pandemiya dövründə rekord göstəricidir.

Robert Kox İnstitutunun məlumatına görə, dalbadal iki gündür rekord vuran bu ölkədə ötən gün də 30 400-dən çox yoluxma qeydə alınmış, bununla da ilk dəfə 30 minlik sədd aşılmışdı.

Bütövlükdə, indiyədək Almaniyada koronavirusa 1,4 milyon nəfər yoluxub, bunlardan 24 938 nəfər (son 24 saatda 813 nəfər) dünyasını dəyişib.

Səhiyyə naziri Yens Spahn ölkədə peyvəndləmə proqramının Milad bayramından sonra başlayacağını bildirib.

Son rəy sorğularına görə, əhalinin 47 faizi mümkün qədər tez bir zamanda peyvənd olmaq istəyir. (report)