İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 178 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 53 273 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 7 121 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 145 651 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 865 472 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 5 627 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)