XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 21:13

Rusiya qaz hasilatını əhəmiyyətli dərəcədə artıra bilər –Energetika nazirinin müavini

Rusiyanın təbii qaz istehsalı potensialı təxminən 1 trln. kubmetrdir.

Bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı potensialı isə 120-140 mln. tondur.

“Rusiyada qaz istehsalını artırma potensialı 1 trln. və daha çoxdur, LNG istehsalı qabiliyyəti isə 120-140 mln. tondur”, – P.Sorokin qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə Rusiyada qaz hasilatı 737,8 mlrd. kubmetr təşkil edib. (apa)