XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 13:45

Ermənistanda ictimai fəal və ekspert qətlə yetirilib

Polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb

Ermənistanda ictimai fəal və ekspert Karen Vardanyanın meyiti Yerevanda qarajda aşkar edilib.

Report.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "İnformasiyalı vətəndaşlar birliyi" İctimai Təşkilatın eksperti, 1982-ci ildə anadan olmuş Karen Vardanyan martın 17-də itkin düşüb. O, Birləşmiş Ərəb Əmirliyinə bir həftəliyə məzuniyyətə getmək adı ilə evdən çıxıb və qayıtmayıb.

Ötən gecə polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb.

Məlumata görə, Gevorq Zoqrabyan (1993-cü ildə anadan olub) və Artur Miqranyan (1973) Karen Vardanyan şübhəli şəxs qismində saxlanılıb. İstintaq aparılır.

Qətlin baş vermə səbəbi haqda məlumat verilməyib.