XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 18:16

Selçuk Bayraktar:"Türkiyə müdafiə vasitəsi texnologiyalarının 70%-ni özü qarşılayır"

Türkiyə 15 il əvvəl müdafiə vasitəsi texnologiyalarının cəmi 20%-ni özü inkişaf etdirirdisə, hazırda bu göstərici təxminən 70%-ə bərabərdir.

Bunu “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktar “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “World Net Summit” beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə öz texnologiyalarını inkişaf etdirmək üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən icra olunan proqram nəticəsində milliləşdirilmə prosesinə başlanılmışdı. Bunun nəticəsi kimi, yerli texnologiyalarla yanaşı, yerli mühəndislərin inkişaf etdirdiyi müxtəlif növ müdafiə vasitələri də uğur əldə edib və hazırda ixraca yöbəldilir.

“Əgər bu şəkildə davam etsək, gələcəyin texnoloji trendlərinə fokuslansaq, bugünkü texnologiyalara deyil, sabahın yarışlarına bu gündən hazırlaşsaq, etik və əxlaqi yola çıxsaq biz ən yaxşısını edə bilərik”, – deyə S. Bayraktar qeyd edib.