XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 19:50

ABŞ-ın vitse-prezidenti canlı yayımda koronavirus peyvəndi vurdurdu –FOTO

ABŞ-ın vitse-prezidenti Mayk Pensin cümə günü televiziya ilə canlı yayımda koronavirus peyvəndi vurdurub.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, onun bu addımı sorğularda bir çox amerikalıların peyvəndin təhlükəsizlik və effektivliyə şübhə ilə yanaşdığına görə ondan imtina etdiyi bir vaxta təsadüf edir.

Kaliforniyanın Los Anceles bölgəsində koronavirusun yayılma dalğası o qədər dəhşətlidir ki, mahalın səhiyyə şöbəsi Twitter-də yazıb ki, “LA mahalında hər saatda orta hesabla 2 nəfər COVID-19-dan ölür”.

ABŞ televiziya şəbəkəsi CBS xəbər veriri ki, Los Ancelesdəki reanimasiya şöbələrində həddindən artıq xəstə olması səbəbindən bəzi koronavirus qurbanları yataq yerinin açılmasını üçün yeddi saata qədər təcili yardım maşınlarında gözləyirlər.

Digər tərəfdən isə UNICEF-in Britaniya filialı 70 ildən sonra ilk dəfə olaraq Britaniyadakı ailələrə kömək məsədi ilə uşaqlara ərzaq yardımı edir.

Bu arada Fransa Prezidenti Emmanuel Makron da koronavirusa yoluxan dünya liderləri sırasına qoşulub. Makron Yelisey Sarayından uzaqlaşaraq müvəqqəti olaraq Versaldakı rəsmi iqamətgahda işlərinə davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin regional direktoru Dr. Hans Kluq insanları tətildə vaxtı evdə qalmağa çağırış edib. O, açıqlamasında bildirib ki, koronavirusa yoluxmağa görə “bu riskə getməyə dəyməz”.

Kluq həmçinin bu pandemiyanın “Avropada artmaqda olan bir ruhi sağlamlıq böhranı” yaratdığını deyib.

“Virus yayılması səbəbi ilə narahatlıqlardan tutmuş kilidləmə və özünü təcridetmənin psixoloji təsiri, işsizlik, maddi qayğı və sosial təcrid təsirlərinə qədər – pandemiyanın ruhi sağlamlığa təsiri uzunmüddətli və geniş olacaq” – deyə, o əlavə edib.

Con Hopkins Universitetinin məlumatlaına əsasən hazırda ABŞ-da ümumi yoluxanların sayı 17,2 milyondan çox, ardınca gələn Hindistanda 10 milyon, Braziliyada isə 7,1 milyondur.