XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 21:59

Böyük Britaniyada koronavirus:həyatını itirənlərin sayı 66 mini ötüb

Son sutka ərzində Böyük Britaniyada koronavirus səbəbindən həyatını itirənlərin sayı 532 nəfər artaraq 66 min nəfəri ötüb.

Hökumət tərəfindən son bir neçə həftə ərzində infeksiyaya yoluxanların sayında artım müşahidə olunduğu üçün bəzi bölgələrdə gücləndirilmiş karantin rejimi elan olunub.

Müddətin nə qədər davam edəcəyi açıqlanmasa da, Milad bayramı ərəfəsində sadəcə 3 ailənin görüşə biləcəyi qeyd olunub.

Qeyd edək ki, Böyük Britaniyada 1 milyon 948 min 660 nəfər koronavirusa yoluxub. Ölkədə dekabr ayının 8-dən etibarən Pfizer / BioNTech şirkətlərinin hazırladığı koronavirusa qarşı peyvəndi tətbiq olunmağa başlayıb. (azertac)