XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 22:36

Türkiyədə koronavirus:daha 26 410 nəfər yoluxub, 246 nəfər ölüb 

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 246 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 17 610 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 26 410 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 1 982 090 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 31 945 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 753 552 nəfər təşkil edir.