XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 07:59

Ukrayana prezidentinin 365 günü- Poroşenkonun seçilməsindən 1 il ötdü

poroshenko.jpg

Pyotro Poroşenko 2014-cü il mayın 25-də preizdent seçkilərinin birinci turunda qalib gələrək Ukrayna preizdenti seçilib

Poroşenkonun bu müddət ərzində preizdent kimi fəaliyyəti birmənalı qiymətləndirilmir. Ekspertlər onun vəd etdiyi kimi islahatların sürətlə getməməsini, Ukrayna ordusunun ölkənin Şərq vilayətlərinə nəzarəti geri qaytarmaq üçün döyüşlərdə məğlubiyyətini, oliqarxiya sisteminin tam demontaj edilməməsini, iqtisadiyyatın inkişafı üçün ləng addımlar atıldığını önə çəkirlər.

Bununla belə onun Qərb ölkələrinin liderləri ilə çox yaxşı işgüzar münasibətlər qurması, Rusiyaya qarşı barışmaz mövqe sərgiləməsi, işgüzarlığı, kompomisə meyilliliyi müsbət məqamlar kimi xarakterizə olunur.

“Forbes Ukrayna”nın məlumatına görə, ölkə prezidenti Pyotr Poroşenko hazırda 720 milyon dollar sərvətə malikdir. 2014-cü ildə isə onun 1.3 milyard dollar sərvətinin olduğu bildirilirdi.

Beləliklə, Poreşenko kasıblayıb və artıq Ukrayna milyarderləri siyahısını tərk edib. O, 2014-cü il may ayının 25-də Ukraynanın 5-ci prezidenti seçilib. 26 sentyabr 1965-ci ildə Odessa vilayətinin Bolqrad şəhərində anadan olub. Konditer məhsulları istehsal edən “Roşen” şirkətinin sahibidir.

Strateq.az