XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2020 - 23:16

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur. (apa)