XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 00:18

Dünyada koronavirus:yoluxanların sayı 75 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 75 084 964 nəfərə çatıb. Onlardan 1 665 008 nəfəri ölüb, 42 464 023 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (17 214 177), Hindistanda (9 979 447) və Braziliyada (7 110 434) qeydə alınıb.