XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 12:33

Pakistan Nəvaz Şərifin Böyük Britaniyadan ekstradisiyasına başlayır

Pakistan keçmiş baş nazir Nəvaz Şərifin Böyük Britaniyadan ekstradisiyası prosesinə başlayır.

APA-nın Ria Novosti-yə istinadən xəbərinə görə, Pakistan hakimiyyəti iki maddə ilə mühakimə olunan Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin ekstradisiya olunması müqaviləsinin bağlanması üçün qanuni prosesə başlayıb.

Pakistanın İnformasiya naziri Şibli Fəraz müsahibəsində bildirib ki, “Pakistan Şərifi qaytarmaq üçün çalışır və və çalışacaq”.

Qeyd edək ki, hazırda Pakistan və İngiltərə arasında ekstradisiya müqaviləsi yoxdur. Müqavilənin bağlanması prosesi bir neçə il çəkə bilər.

Xatırladaq ki, Nəvaz Şərif 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olub. 28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırıb. Onun və ailəsinin adı Panama ofşor zonasında külli miqdarda vəsaiti mənimsəməkdə hallanır.