Türkiyənin Qaziantep şəhərindəki xəstəxanada güclü yanğın olub.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində məlumat paylaşıb.
O bildirib ki, hadisə nəticəsində 9 nəfər ölüb: “Yanğından təsirlənən digər xəstələr təcili yardım əməkdaşları tərəfindən yaxın ərazilərdəki xəstəxanalara köçürülüblər. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm”.