XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 17:18

Türkiyə XİN-dən Belçikaya daha bir etiraz:“Bu “qərar” Türkiyə-Belçika əlaqələrinə təsir etməyəcək"

“Belçika Nümayəndələr Məclisinin qərarının nə tarixi, nə hüquqi, nə də mövcud reallıqlarla heç bir əlaqəsi yoxdur”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Belçika parlamentinin Aşağı Palatasının Qarabağla bağlı qəbul etdiyi beynəlxaq hüquqa zidd qərarına və ölkəsinə qarşı böhtana münasibət bildirərkən deyib.

“Bu “qərar” Türkiyə-Belçika əlaqələrinə təsir etməyəcək, bölgədə sülh və sabitliyin qorunub saxlanmasına xidmət etməyəcək. Bu sayaq qərarlar daha çox Ermənistanın reallıqları qəbul etməsi prosesini geciktirərək üzərinə düşən məsuliyyətdən yayınmasına yol açacaq”, – o vurğulayıb.

Hami Aksoy bildirib ki, Aşağı Palatanın saxta erməni iddiası ilə bağlı qəbul etdiyi “1915-ci il qurbanlarının anılması” qərarı da Avropa İnsan Haqları Məhkəməsinin qərarları başda olmaqla hüquqaziddidir/APA.