XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 08:02

Pakistan prezidentinin oğluna sui-qəsdin ağır nəticəsi
Pakistan prezidentinin oğluna sui-qəsd zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb
Pakistanda partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub. Trend-in RIA-Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə DAWN qəzeti xəbər verib.
Yaralananlar arasında 5 nəfər polis var, onlardan birinin vəziyyəti ağırdır. Bundan başqa, yaxınlıqdan keçən insanlar da xəsarət alıb.
Partlayış Sind və Belucistan vilayətlərini birləşdirən avtomagistralda otel yaxınlığında baş verib. Polisin məlumatına əsasən, motosiklə bərkidilən partlayıcı qurğu məsafədən işə salınıb.
Hücum Pakistan prezidentinin oğlu Süleyman Məmnunun korteji otelin yanından keçərkən baş verib. Lakin o xəsarət almayıb.
Güman edilir ki, Süleyman Məmnun bağ evindən Karaçiyə qayıdırmış.