XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 19:27

“Qarşıdakı dövrdə xarici investisiyalarla bağlı böyük irəliləyişlərin olacağını gözləyirik”- Ərdoğan

Türkiyə beynəlxalq investorlar üçün cəlbedici bir mərkəzə çevrilir. Qarşıdakı dövrdə xarici investisiyalarla bağlı böyük irəliləyişlərin olacağını gözləyirik. Terror təşkilatlarından istifadə, dövlət çevrilişinə cəhd, sanksiyalara qədər hər yollarla ölkəmizin qarşısını kəsməyə çalışdılar. Bizimlə eyni şərtlər altında danışmağa, ağıllı təkliflərlə anlaşmağa çalışan hər kəsə qapımız açıqdır.

Azərtac xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Mərmərə şosesinin dördüncü hissəsinin açılış mərasimində bildirib.

İş, xidmət və layihələr baxımından Türkiyənin hər kəslə rəqabət aparmağa hazır olduğunu deyən Rəcəb Tayyib Ərdoğan heç bir qarşıdurmanın ölkəyə fayda verməyəcəyinə inandığını bildirib. O deyib ki, 2023-cü il xalqın birliyi üçün yeni bir zəfər ili olacaq. “Ümid edirəm ki, xalqımıza verdiyimiz hər vədi yerinə yetirərək 2023-cü ilə alnıaçıq çatacağıq”, – deyə Prezident qeyd edib.