XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 20:06

Almaniya “Pfizer” və “BioNTech”-dən əlavə 30 milyon doza peyvənd alacaq

Almaniya “Pfizer” və “BioNTech” şirkətlər konsorsiumu tərəfindən hazırlanmış əlavə 30 milyon doza koronavirus peyvəndi alacaq.

Trend-in məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər verib.

Daha əvvəl Almaniya bu istehsalçılardan Avropa İttifaqı vasitəsilə 55,8 milyon doza ilə təmin ediləcək. Almaniya şirkətləri başqa bir şirkətdən (Moderna) 50,5 milyon doza alacaqlar.

Almaniya “AstraZeneca”, “CureVac” və “Johnson & Johnson” şirkətlərindən on milyonlarla doza almağa hazırlaşır.

Almaniyada əhalinin COVID-19 əleyhinə vaksinasiyası 27 dekabrda başlamalıdır.