XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 20:12

Rusiyada “Boeing 737” sərnişin təyyarəsi təcili eniş etdi

İqarka-Ufa marşrutu üzrə uçan “Boeing 737” sərnişin təyyarəsi Surqut aeroportunda təcili eniş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanında bildirilib.

“Gəldi (təyyarə-red), hər şey qaydasındadır”, – aeroportda bildiriblər.

Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişindir.