XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 20:40

İƏT üzv ölkələrə Məkkə Bəyannaməsini yaymağı tövsiyə edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrə ötən il mayın 31-də Məkkədə keçirilmiş Zivə görüşündə qəbul olunmuş “Müqəddəs Quranda və şəriətdə müasir və ortaq dəyərlər” Bəyannaməsini yaymağı tövsiyə edib. Müxtəlif dinlər arasında tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ edən bu sənəd 139 ölkədən 1200 tanınmış ilahiyyatçı alim və 27 ilahiyyat institutu tərəfindən imzalanıb.

İƏT-in Baş katibi Yusif Əl-Osaymin bildirib ki, təşkilatın Nizamnaməsində göstərilən dəyərləri təbliğ edən Məkkə Bəyannaməsinin üzv ölkələr tərəfindən yayılması böyük əhəmiyyətə malikdir. O əlavə edib ki, bu il Niameydə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında da həmin sənədin bütün dünyada yayılmasının zəruriliyi vurğulanıb. “Şura ilahiyyatçı alimlər və dini liderlərin təsdiq etdikləri və dövlətlər, xalqlar arasında tolerantlıq, qarşılıqlı anlaşma və dinlərarası dialoqa çağıran Məkkə Bəyannaməsini bir daha alqışlayıb”, – deyə Əl-Osaymin qeyd edib.

Xatırladaq ki, Məkkədə keçirilmiş Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamənin 34 və 35-ci bəndlərində həm də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb(azərtac).