XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 22:16

Böyük Britaniya məhdudlaşdırıcı tədbirləri sərtləşdirəcək- Koronavirus səbəbindən

Londonda və İngiltərənin cənub-şərqində epidemiya vəziyyəti əvvəllər mövcud olmayan dördüncü səviyyəli məhdudiyyətlərin tətbiq edilməsini tələb edir.

Trend-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Consonun təcili mətbuat konfransında bildirib ki, koronavirusun yeni bir genetik variantının aşkarlanmasından sonra ölkədə COVID-19-un yayılma sürəti kəskin sürətləndi:

“Vəziyyətin ən çox təsir göstərdiyi bölgələrdə, xüsusilə üçüncü səviyyədə məhdudiyyətlərin hazırda qüvvədə olduğu Londonun bir sıra rayonlarında, İngiltərənin cənub-şərq və şərq rayonlarında tətbiq olunacaq”.

Baş nazir bildirib ki, həmin ərazilərdə yeni – dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.