XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 23:03

Britaniyadan Fransaya gedən yollarda uzun tıxaclar yaranıb

Brexiti (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) gözləyən Britaniya kompaniyalarının Avropa İttifaqı (Aİ) malları almaqda göstərdiyi aktivlik Fransaya gedən yollarda uzun tıxaclara səbəb olub.

Azərtac “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu gün M20 magistralında yük avtomobillərinin təxminən səkkiz kilometr uzunluğunda növbəsi yaranıb. Bütün nəqliyyat vasitələri Fransaya Avropa tunelindən keçməklə yollanır.

Qəzet yazır ki, Milad bayramı ərəfəsində Britaniya şirkətləri həmişə daha çox mal daşıyıb gətirirlər. Bu il isə Brexit səbəbindən vəziyyət xüsusilə gərginləşib.

2021-ci il yanvarın 1-nə keçən gecə keçid dövrü adlanan müddət sona çatır: Böyük Britaniya Aİ-ni tərk edir və onun üçün Avropa İttifaqı ölkələrinin istifadə etdiyi bütün güzəştlər qüvvədən düşür. Bu, sərhəd üzərindən malların daşınmasına da aiddir.

Hazırda London və Brüssel Brexitdən sonra qarşılıqlı əlaqələrin qaydaları üzərində işləyirlər. Amma hələlik tərəflərin bu məsələdə razılaşma əldə edib-etməyəcəyi bəlli deyil. Buna görə də Britaniya firmaları, nə qədər imkan var, özlərinə lazım olan məhsulların ehtiyatını yaratmağa çalışırlar.